Xəbərlər

Mərkəzin yeni əməkdaşlıq çərçivəsi genişlənməkdədir

30-03-2021 TƏLİM VƏ TƏDRİS

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi və “CN Group” arasında əməkdaşlıq memorandumu imzalanıb.

Qeyd edək ki, müasir avadanlıqlarla və innovativ texnologiyalarla təchiz edilmiş, elmi texniki laboratoriyalara və istehsalat bazasına, təcrübəli kadr və resurslara malik olan tərəflər başlıca olaraq müasir tələblərə cavab verən yeni nəsil işçi qüvvəsinin hazırlanması, eləcə də keyfiyyətə nəzarət istiqamətində birgə fəaliyyət göstərəcəklər. Belə ki, neft–qaz sektorunun iştirakı ilə Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılacaq şərait müvafiq istiqamətlər üzrə təhsilalanların sənayenin ehtiyaclarına uyğun kadr kimi formalaşmasına birbaşa dəstək verəcək.

Həmçinin, əməkdaşlıq çərçivəsində Mərkəzdə mövcud olan müvafiq istiqamətlər üzrə təhsilalanların istehsalat təcrübə proqramlarında iştirakı, yeni istiqamətlər üzrə tədris proqramlarının hazırlanması istiqamətində rəylərin alınması, təlim və personal sertifikatlaşdırma proqramlarının həyata keçirilməsi, müvafiq bilik və bacarıqların qiymətləndirilməsi, eləcə də təcrübə proqramlarındakı iştirakı müsbət dəyərləndirilən tələbələrin işlə təmin olunması nəzərdə tutulur.

Qeyd edək ki, hər iki tərəfin əməkdaşlığı nəticəsində birgə perspektiv layihələrin hazırlanması gözlənilir.

Digər Xəbərlər

Texniki-peşə təhsili müəssisəsində kadr hazırlığı istiqamətində görülən işlər

2020-11-11 00:00:00

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi Hyundai markalı avtomobillərin Azərbaycanda səlahiyyətli və yeganə rəsmi distribüteri olan “Auto Azərbaycan” MMC şirkəti ilə əməkdaşlığa başlayıb.

2021-01-15 00:00:00

“Technol” şirkəti tərəfindən Peşə Təhsil Mərkəzinə verilmiş sifariş artıq təhvil verilmişdir

2021-02-02 00:00:00

Peşə mərkəzi məzunlarının karyera inkişafına dəstək tədbirləri

2021-02-09 00:00:00

Peşə Təhsil Mərkəzi və dövlət sektoru arasında əməkdaşlığın qurulması

2021-02-19 00:00:00

Mərkəzin yeni əməkdaşlıq çərçivəsi genişlənməkdədir

2021-03-30 00:00:00

Yeni əməkdaşlıq çərçivəsində karyera inkişafı istiqamətində görülən yeni addımlar

2021-05-06 00:00:00

Yeni tədris ilinə yeni əməkdaşlıq: Code Academy ilə Anlaşma Memorandumu imzalandı

2025-07-17 00:00:00

Sənaye və İnnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi müxtəlif ixtisaslar üzrə müəllim, ixtisas fənni müəllimi və istehsalat təlimi ustalarını əməkdaşlığa dəvət edir.

2025-07-21 00:00:00

Komandamıza 3D Oyun Mütəxəssisi axtarırıq!

2025-07-29 00:00:00

Rəqəmsal İnşaat Mütəxəssisi axtarırıq!

2025-07-29 00:00:00

Mexatronika və Robotexnika üzrə Mütəxəssis Axtarışı – Gələcəyin Texnologiyalarına Sən Töhfə Ver!

2025-07-31 00:00:00