Xəbərlər

Texniki-peşə təhsili müəssisəsində kadr hazırlığı istiqamətində görülən işlər

11-11-2020 TƏLİM VƏ TƏDRİS

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi əməkdaşlıq çərçivəsinin genişləndirilməsi istiqamətində yeni uğurlara imza atmağa davam etməkdədir. Yaxın günlərdə Mərkəz Azərbaycanda ExxonMobil korporasiyasının rəsmi və yeganə distribütoru və mobil sürtkü materiallarının aparıcı təchizatçısı olan “Avto Motor Servis” MMC şirkəti ilə anlaşma memorandumu imzaladı.

Tərəflər arasında anlaşma memorandumunun imzalanmasının başlıca məqsədi yüksək səviyyəli kadr hazırlığında, eləcə də, gələcəkdə işlə təmin olunmalarında və karyera inkişafında Mərkəz təhsilalanlarına dəstək olmaqdır.

Qeyd edək ki, geniş elmi-istehsalat bazasına və təcrübəli ixtisaslı kadrlara malik hər iki müəssisənin birgə əməkdaşlığı sayəsində Avtomobil istiqaməti üzrə təhsil alan tələbələrin bilik və bacarıqlarının inkişafının təmin olunması nəzərdə tutulmuşdur. Birgə fəaliyyət planına əsasən, yeni nəsil ixtisaslı işçi heyətinin yetişdirilməsinə, təhsilalanların bilik və bacarıqlarının təkmilləşdirilməsinə, onların elmi texniki potensialının gücləndirilməsinə, qarşılıqlı maraq kəsb edən mövzularda seminarların, təlimlərin, MasterClassların və digər maarifləndirici proqramların təşkili də mövcud addımlar kimi dəyərləndirilmişdir.

Dövlət-özəl tərəfdaşlıq modeli əsasında yaranan əməkdaşlıq layihəsinin gələcəkdə uğurlu nəticələrini bölüşməyə ümid edirik.   

 

Digər Xəbərlər

Texniki-peşə təhsili müəssisəsində kadr hazırlığı istiqamətində görülən işlər

2020-11-11 00:00:00

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi Hyundai markalı avtomobillərin Azərbaycanda səlahiyyətli və yeganə rəsmi distribüteri olan “Auto Azərbaycan” MMC şirkəti ilə əməkdaşlığa başlayıb.

2021-01-15 00:00:00

“Technol” şirkəti tərəfindən Peşə Təhsil Mərkəzinə verilmiş sifariş artıq təhvil verilmişdir

2021-02-02 00:00:00

Peşə mərkəzi məzunlarının karyera inkişafına dəstək tədbirləri

2021-02-09 00:00:00

Peşə Təhsil Mərkəzi və dövlət sektoru arasında əməkdaşlığın qurulması

2021-02-19 00:00:00

Mərkəzin yeni əməkdaşlıq çərçivəsi genişlənməkdədir

2021-03-30 00:00:00

Yeni əməkdaşlıq çərçivəsində karyera inkişafı istiqamətində görülən yeni addımlar

2021-05-06 00:00:00

Yeni tədris ilinə yeni əməkdaşlıq: Code Academy ilə Anlaşma Memorandumu imzalandı

2025-07-17 00:00:00

Sənaye və İnnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi müxtəlif ixtisaslar üzrə müəllim, ixtisas fənni müəllimi və istehsalat təlimi ustalarını əməkdaşlığa dəvət edir.

2025-07-21 00:00:00

Komandamıza 3D Oyun Mütəxəssisi axtarırıq!

2025-07-29 00:00:00

Rəqəmsal İnşaat Mütəxəssisi axtarırıq!

2025-07-29 00:00:00

Mexatronika və Robotexnika üzrə Mütəxəssis Axtarışı – Gələcəyin Texnologiyalarına Sən Töhfə Ver!

2025-07-31 00:00:00