Sənaye və İnnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi müxtəlif ixtisaslar üzrə müəllim, ixtisas fənni müəllimi və istehsalat təlimi ustalarını əməkdaşlığa dəvət edir.
21-07-2025
TƏLİM VƏ TƏDRİS
Müəllim və istehsalat təlimi ustaları üçün əməkdaşlıq imkanı!
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi yüksək texniki peşə təhsili səviyyəsində aşağıdakı ixtisaslar üzrə müəllim, ixtisas fənni müəllimi və istehsalat təlimi ustası kimi fəaliyyət göstərmək istəyən peşəkarları əməkdaşlığa dəvət edir.
Mövcud istiqamətlər:
Yüksək texniki peşə təhsili səviyyəsi üzrə müəllim:
• İstehsalata rəqəmsal nəzarət sistemləri
• Mexatronika
• Kibertəhlükəsizlik
• İnteryer dizayn
• Binaların tikintisi və istismarı
• Sənayedə avadanlıqların quraşdırılması və texniki istismarı
• Avtomatika sistemlərinin istismarı
İxtisas fənni müəllimi:
• 3D oyun dizayneri
• Rəqəmsal inşaat mühəndisi
• Beynəlxalq sərnişin və yük daşımaları operatoru
• Tibbi avadanlıqlar üzrə elektromexaniki
• Avtomobil diaqnostikası və təmiri ustası
İstehsalat təlimi ustası:
• Logistika operatoru
• Elektrik və hibrid avtomobillərin təmiri üzrə texnik
• Proqramla idarə olunan dəzgahların operatoru
• Qrafik dizayner
• Elektrik avadanlıqlarına xidmət və təmir üzrə montyor
• 3D oyun dizayneri
• Rəqəmsal inşaat mütəxəssisi
• Beynəlxalq sərnişin və yük daşımaları operatoru
• Avtomobil diaqnostikası və təmiri ustası
• Mebel ustası
• Tibbi avadanlıqlar üzrə elektromexaniki
Qeydiyyat tarixi: 18 iyul – 1 avqust
Qeydiyyat linki: portal.edu.az
