Mexatronika və Robotexnika üzrə Mütəxəssis Axtarışı – Gələcəyin Texnologiyalarına Sən Töhfə Ver!
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi mexatronika və robotexnika sahəsində bacarıqlı və innovativ mütəxəssis axtarışındadır. Ağıllı texnologiyalar, avtomatlaşdırma sistemləri və sənaye robotları üzrə təcrübəsi olan, tədrisə maraqlı və daim inkişaf etməyə meyilli şəxslərlə əməkdaşlıq etmək istəyirik.
Mərkəzimiz sizə aşağıdakı imkanları təqdim edir:
-
Müasir texnologiyalarla təchiz olunmuş robotexnika laboratoriyaları
-
Davamlı təlimlər, yerli və beynəlxalq inkişaf imkanları
-
İxtisasartırma və təcrübə səfərləri
-
Sənaye müəssisələri ilə əməkdaşlıq və real layihələrdə iştirak
Bu fürsəti dəyərləndirin və gələcəyin sənaye mühitinin formalaşmasında iştirak edin!
📅 Son müraciət tarixi: 1 avqust 2025
🌐 Müraciət linki: vet.edu.gov.az
📧 CV və motivasiya məktubu: senaye@vet.edu.az
Gələcəyin sənayesini birlikdə formalaşdıraq!
