“Technol” şirkəti tərəfindən Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinə verilmiş sifariş artıq təhvil verilmişdir.

Mərkəzdə Avtomatika istiqaməti üzrə çalışan, Koreya Respublikasında ixtisas üzrə təlimlərdən keçmiş metodist-təlimçilər əldə olunan sifarişi qısa müddətdə icra etmişdirlər. Belə ki, Proqramlaşdırıla bilən Məntiq Kontrollerlər (PLC) və sensorlar vasitəsilə “Technol” şirkətinin istehsalat sahəsində sürtkü yağlarının ehtiyat səviyyəsinə dair məlumatların birbaşa cihaz panelinə ötürülməsi təmin olunmuşdur.

Yaxın gələcəkdə müəssisədə bir sıra digər layihələrin həyata keçirilməsi istiqamətində müvafiq işlərin görülməsi nəzərdə tutulur.

Mətndə düzəliş təklif et