Tez-tez verilən suallar

İxtisas seçimi, qəbul meyarları və qeydiyyatla bağlı cavablar.

Neçə ixtisas seçə bilərəm?

Maksimum 5 ixtisas seçə bilərsən. Seçimlərini əvvəlki təhsil bazana uyğun et və ərizəni göndərməzdən əvvəl yoxla.

9 illik bazadan 3 və 4 illik proqramlara kimlər müraciət edə bilər?

9 illik təhsil bazasından 3 və 4 illik proqramlara yalnız son 3 il ərzində ümumi orta təhsilini bitirmiş şəxslər müraciət edə bilərlər.

Qəbul hansı nəticələrə əsaslanır?

İlk və texniki peşə təhsili üzrə attestatdakı müvafiq fənlərin orta balı, yüksək texniki peşə təhsili üzrə isə buraxılış imtahanının nəticələri əsas götürülür.

Qəbul nəticəsini haradan öyrənə bilərəm?

Nəticəni portal.edu.az saytındakı şəxsi kabinetində görə bilərsən. SMS bildirişi də göndərilir. Qəbul olunduqda elan edilmiş müddətdə sənədlərin əslini müəssisəyə təqdim edib qeydiyyatdan keçməlisən.

Dövlət hesabına neçə dəfə təhsil almaq olar?

Dövlət hesabına pulsuz peşə təhsili almaq hüququ müvafiq təhsil səviyyəsi üzrə yalnız bir dəfə təmin edilir. İxtisas seçərkən yerin dövlət sifarişli, yoxsa ödənişli olduğunu yoxla.

Necə müraciət etmək olar?

Portal.edu.az saytına daxil ol, MyGov vasitəsilə identifikasiyanı tamamla və “Peşə təhsili müəssisələrinə elektron tələbə qəbulu” xidmətini seç. Məlumatlarını yoxla, təhsil bazana uyğun ixtisasları seç və elektron ərizəni təsdiqlə.

Qəbul barədə əlaqə saxla