Tələb olunan sənədlər

Elektron müraciət üçün sənədlərini hazırla, qəbuldan sonra isə onların əslini müəssisəyə təqdim et.

Əsas sənədlər

  • Şəxsiyyət vəsiqəsi. Şəxsiyyət məlumatlarının təsdiqi üçün.
  • Attestat. Ümumi orta (9 illik) və ya tam orta (11 illik) təhsili təsdiq edən sənəd.

Müvafiq hallarda

  • Əlilliyi təsdiq edən sənəd.
  • Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş şəxslər üçün həmin vəziyyəti təsdiq edən sənədlər.

Qəbuldan sonra

Qəbul olunduğun müəssisəyə tələb olunan sənədlərin əslini təqdim etməlisən. Yekun sənəd siyahısı və qeydiyyat müddəti qəbul elanına uyğun müəyyən edilir.

Qəbul barədə əlaqə saxla