Bildungswerk der Baden-Württembergischen Wirtschaft e. V. (BiWE) 2023-cü ilin noyabr-dekabr aylarında Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinə İKT və Avtomobil Mexatronikası üzrə texnik ixtisasları üçün müxtəlif növ avadanlıqlarla dəstək göstərmişdir. Bura, kompüterlər, maşınqayırma üçün istifadə olunan avadanlıqlar, həmçinin təcrübə xarakterli dərslərdə istifadə olunması üçün bir minik avtomobili daxildir. Avadanlıqlar Bildungswerk der Baden Württembergischen Wirtschaft e. V. (BiWE) təşkilatında, "4D Dual TVET" layihəsində layihə meneceri olaraq çalışan cənab Mehmet Çakar tərəfindən, Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində Direktor vəzifəsini müvəqqəti icra edən, direktor müavini Xalidə Hümbətovaya təqdim olunmuşdur.

Mətndə düzəliş təklif et