İclasda müəllim heyəti və rəhbərlik yeni dərs mövsümünün səmərəli təşkili istiqamətində müzakirələr aparıblar. Tədris prosesinin keyfiyyətli təşkili üçün görüləcək tədbirlər, innovativ yanaşmaların tətbiqi, təhsilalanların bilik və bacarıqlarının inkişafı ilə bağlı məsələlər diqqət mərkəzində olub.
Bununla yanaşı, mövcud problemlər dinlənilib, onların həlli yolları üzrə təkliflər irəli sürülüb. Tədrisin təşkilində effektiv metodlardan istifadə, müəllim heyətinin peşəkarlığının artırılması və mərkəzin inkişaf perspektivləri haqqında da fikir mübadiləsi aparılıb.
Sonda Pedaqoji Şura üzvləri qarşıdan gələn tədris ilinin uğurla təşkili üçün birgə fəaliyyətin vacibliyini vurğulayıblar.