Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində Pedaqoji Şuranın 2025–2026-cı tədris ili üzrə yekun iclası keçirilib.

İclasda cari tədris ili ərzində Mərkəzin fəaliyyəti, tədris-təlim prosesinin təşkili, yerli və beynəlxalq əməkdaşlıqlar, əldə olunan nəticələr, həmçinin ictimai-sosial istiqamətdə həyata keçirilən fəaliyyətlər müzakirə olunub.

Mərkəzin direktoru Şaban Cəərçiyev tədris ilinin yekunlarına dair geniş hesabatla çıxış edərək əldə olunan nailiyyətləri və növbəti tədris ili üçün qarşıya qoyulan əsas hədəfləri iştirakçıların diqqətinə çatdırıb.

Həmçinin, yekun iclas çərçivəsində uzunillik səmərəli pedaqoji fəaliyyətlərinə görə təqaüdə çıxan müəllimlər, Metodiki Komissiya sədrləri, eləcə də Mərkəzin ictimai-sosial həyatında fəal iştirakına və tədbirlərin uğurla təşkilinə verdikləri dəyərli töhfələrə görə bir sıra müəllimlər təşəkkürnamələrlə təltif olunublar.

İclasın sonunda iştirakçıların Mərkəzin fəaliyyəti, tədris-təlim prosesinin təkmilləşdirilməsi və gələcək inkişaf istiqamətlərinə dair rəy və təklifləri dinlənilib, səsləndirilən fikirlərin növbəti fəaliyyət planlarında nəzərə alınacağı bildirilib.

Mətndə düzəliş təklif et