Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində imtahan sessiyası başlayır

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində 2024–2025-ci tədris ili üzrə imtahan sessiyasının təşkili ilə bağlı zəruri hazırlıq işləri tamamlanmışdır.

Bu çərçivədə:

  • Texniki peşə təhsili pilləsi üzrə dövlət buraxılış imtahanlarının 21 iyun – 30 iyun tarixləri arasında,

  • Yüksək texniki peşə təhsili pilləsi üzrə isə imtahan sessiyasının 25 iyun – 12 iyul tarixləri arasında keçirilməsi planlaşdırılır.

İmtahanlar “Peşə təhsili haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə və Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının 13 mart 2019-cu il tarixli, KQ-06 nömrəli Qərarı ilə təsdiq olunmuş “Peşə təhsili pilləsində təhsilalanların attestasiyasının aparılması” qaydalarına əsasən təşkil olunacaqdır.

İmtahanların əsas məqsədi:

  • Təhsilalanların ixtisas fənləri üzrə əldə etdikləri bilik, bacarıq və səriştələrinin qiymətləndirilməsi;

  • Onların müvafiq peşə və ixtisas sahələri üzrə əmək bazarına hazırlıq səviyyəsinin müəyyən edilməsidir.

    Ətraflı məlumat üçün PDF sənədinə keçid edin

Mətndə düzəliş təklif et