"Qaynaqçı" təlimi

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi "Qaynaqçı" təlimlərinə müraciətləri qəbul edir.
Təlimdə seçilmiş iştirakçılar aşağıdakı qeyd edilən bacarıqlara yiyələnəcəklər:
▪️Qaynaq işləri zamanı əmək təhlükəsizliyi;
▪️Qaynaq texnologiyası haqqında ümumi məlumat;
▪️Qaynaq standartları;
▪️Bütün fəza vəziyyətlərində elektrik əl qövs qaynağı ilə qaynaq tikişinin qurulması;
▪️Bütün fəza vəziyyətlərində elektrik əl qövs qaynağı ilə metal birləşdirmə prosesinin edilməsi;
▪️Qaynaq edilən metalların vizual və texniki üsulla yoxlanması;
▪️Qaynaq işləri zamanı əmək təhlükəsizliyi;
▪️Qaynaq texnologiyası haqqında ümumi məlumat;
▪️GMAW qaynaq üsulunda istifadə olunan qaynaq məftilləri;
▪️GMAW qaynağı vasitəsilə bütün fəza vəziyyətlərində müxtəlif qaynaq tikişinin yerinə yetirilməsi;
▪️Qaynaq edilən metalların vizual və texniki üsulla yoxlanması;
▪️Qaynaq işləri zamanı əmək təhlükəsizliyi;
▪️Qaynaq texnologiyası haqqında ümumi məlumat;
▪️Volfram elektrodlar və onların standartları;
▪️GTAW qaynağı vasitəsilə bütün fəza vəziyyətlərində müxtəlif qaynaq tikişinin yerinə yetirilməsi;
▪️Qaynaq edilən metalların vizual və texniki üsulla yoxlanması.

📌 Təlimlər ənənəvi formatda (emalatxanada) Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində keçiriləcək.

⏰ Təlim müddəti 3 modul üzrə 16 həftə (128 saat) təşkil edir.

🗒️ Təlimin keçiriləcəyi günlər: həftə içi 4 gün, 2 saat olmaqla;

✅ Seçilmiş namizədlər təlim ödənişindən azad ediləcəklər.

📜 Təlimi müvəffəqiyyətlə bitirən iştirakçılara sertifikatlar təqdim ediləcək.

📍Müraciətlərinizi 24 aprel, 2021-ci il tarixinədək aşağıdakı keçid vasitəsi ilə göndərə bilərsiniz:
https://docs.google.com/.../1GXKm8K4YNhrH.../edit...

Mətndə düzəliş təklif et