2023-cü il dekabr ayının əvvəlində Bakıda, Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində Bildungswerk der Baden-Württembergischen Wirtschaft e. V. (BiWE) təşkilatı tərəfindən təşkil olunan və alman ekspert tərəfindən tədris olunan “Müasir və İnnovativ Öyrənmə Metodları” mövzusunda təlim sessiyaları baş tutmuşdur. Təlimdə, əsasən, peşə təhsil mərkəzindən və özəl sektordan olan təlimçilərin, dual texniki peşə təhsilində, tələbələrlə iş və tədris zamanı yeni öyrənmə metodlarından necə istifadə edə biləcəkləri müzakirə olunmuşdur. Bununla yanaşı, alman ekspert həm də tədris zamanı istifadə oluna biləcək platformaları və avadanlıqları yerli təlimçilərə təqdim etmişdir. Hal-hazırda peşə məktəbində həmin metodlardan və platformalardan təlim və təcrübə prosesində geniş istifadə olunmaqdadır. Əlavə olaraq onu da qeyd etmək lazımdır ki, yeni öyrənmə üsulları və müxtəlif platformalar təhsil prosesini asanlaşdırmaq ilə yanaşı, eyni zamanda təlimçilər və tələblər arasında əlaqəni möhkəmləndirir və təlim prosesini daha da maraqlı edir.

Mətndə düzəliş təklif et