Azərbaycan Texniki Universiteti və Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi arasında imzalanmış memorandum çərçivəsində Texniki Universitetin pedaqoji heyəti tərəfindən Mərkəzimizin subbakalavr pilləsinin “Nəqliyyat vasitələrinin texniki istismarı” və “Kompüter sistemlərində proqram təminatı” ixtisaslarının təhsilalanları üçün təlimlər keçirilmişdir.
Təlimlərin keçirilməsində əsas məqsəd olaraq qeyd olunan ixtisaslar üzrə Mərkəzin təhsilalanlarının bu istiqamət yönümündə bilik səviyyələrinin artırılması və ixtisaslaşması dururdu.
Təlimləri müvəffəqiyyətlə bitirən 7 təhsilalan təlimlər zamanı göstərdikləri fəallıq nəticəsində fərqlənmə sertifikatı ilə təltif olunmuşlar.