İctimai Televiziya Kanalının “Sabaha saxlamayaq” verilişinin 18.02.2020 buraxılışı “Ölkədə peşə məktəblərinin vəziyyəti və mövcud əmək bazarının tələblərinə nə dərəcədə cavab verməsi” mövzusuna həsr edilmişdir.

Verilişdə Mərkəzin rəhbəri Rəşad Xanlarov Peşə Təhsil Mərkəzinin mövcud tədris və texniki bazasından, Mərkəzin təhsilalanları üçün tədris və karyerayönümlü göstərilən dəstək və dövlət-özəl tərəfdaşlıq əlaqələri haqqında ətraflı danışdı.

Mərkəzin təlimçi-metodisti Rəşad Çopsiyev təhsilalanlara tədris olunan ixtisaslarla əlaqəli bilik və bacarıqların maksimum olaraq praktik yolla aşılandığını və Mərkəzdə qazanılan bilik və bacarığın bugünkü əmək bazarının tələbatlarına cavab verməsinə dair məlumatları bölüşdü.

https://www.youtube.com/watch?v=1ryGMc9J2sM

İCTİMAİ TV · 72:20 Sabaha saxlamayaq - 18.02.2020 - "Texniki peşə təhsili"
Videonu mənbədə izlə YouTube ↗
Mətndə düzəliş təklif et