10 sentyabr 2020 tarixində “Cisco” şirkəti və Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi arasında əməkdaşlıq çərçivəsində görülən işlərlə əlaqəli tədbir keçirildi. Tədbirdə “Cisco” şirkətinin ərazi biznes meneceri Fərid Zeynalov, Mərkəzin direktoru Rəşad Xanlarov və Mərkəzin mühəndis-pedaqoji heyəti iştirak etmişdir.

Tədbir zamanı Cisco şirkəti tərəfindən təşkil olunan distant təlimlərdə iştirak etmiş metodist-təlimçi heyətinə sertifikatlar təqdim olundu. “Cisco” şirkətinin beynəlxalq sertifikatlı mütəxəssisləri tərəfindən həyata keçirilmiş təlimlərdə Mərkəzin metodist-təlimçiləri öz bacarıqlarını təkmilləşdirmiş, müxtəlif virtual və real alətləri tətbiq etmək imkanı qazanmışdırlar.

“Cisco” şirkətinin Ərazi biznes meneceri Fərid Zeynalov görüşün açılış nitqini etdi. O, “Cisco” şirkəti və Mərkəz arasında qurulan əməkdaşlığın uğurlu nəticələri haqqında bəhs etdi. Daha sonra Mərkəzin direktoru Rəşad Xanlarov informasiya texnologiyaları sahəsində bilik və bacarıqlarını artırmaq istəyən mütəxəssislər və eyni zamanda bu sahəyə marağı olan şəxslər üçün yaradılan imkanlar haqqında öz çıxışında qeyd etdi.

Təltifetmə mərasimi zamanı “Cisco” şirkətinin nümayəndələri tərəfindən sertifikatlar metodist-təlimçi heyətinə təqdim olundu.

Tədbir zamanı Fərid Zeynalov və Rəşad Xanlarov əməkdaşlıq çərçivəsinin daha da genişləndirilməsi ilə bağlı gələcək hədəflərini bölüşdülər. “Cisco Şəbəkə Akademiyasının” yeni məhsullarının təlimi, kurikulum inteqrasiyası, şirkətin dəstəyi ilə yaradılmış “Cisco” akademiyalarında informasiya-kommunikasiya texnologiyalarının əsasları, proqramlaşdırma, şəbəkə texnologiyaları, inkişaf proqramı (DevNet), əşyaların interneti (IoT) və kibertəhlükəsizlik istiqamətləri üzrə təlim kurslarının keçirilməsi qarşıda duran hədəflərdəndir.

Mətndə düzəliş təklif et