Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi və "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" ASC ilə əməkdaşlığı çərçivəsində avqust ayından etibarən İnformasiya və Kommunikasiya Texnologiyaları (İKT) sahəsində təlimlərə başlanılmışdır.
Təlimlər Peşə Təhsil Mərkəzinin ixtisaslı metodistləri tərəfindən "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" ASC-nin 79 idarəsinin işçiləri üçün aparılır. Təlimlər işçilərin ixtisaslarının artırılması və ümumi kadr hazırlığını təmin etmək məqsədilə təşkil edilib və online formatda keçirilir.
Təlim proqramı IT Essentials, Cyber Security, MS Office və s. digər aktual mövzuları əhatə edir.