Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi Avtomobil diaqnostikası üzrə təlimlərə müraciətləri qəbul edir.
Təlimdə seçilmiş iştirakçılar aşağıda qeyd edilən sistemlər üzrə, diaqnostika və təmir bacarıqlarını əldə edəcəklər:
▪️yanacaq vurma sistemi;
▪️qəbul çıxış sistemi;
▪️birbaşa benzin püskürtmə sistemi;
▪️yüksək təzyiqli yanacaq sistemi (CRDI);
▪️yağlanma sistemi;
▪️soyutma sistem;
▪️transmissiya elementləri;
▪️tormoz sistemi;
▪️sükan idarəetmə sistemi;
▪️asqı sistemi;
▪️təkərlərin montaj demontajı, balanslaşdırılması;
▪️dönmə bucaqlarının tənzimlənməsi;
▪️Avtodiaqnostika;
▪️Avtomobil akkumulyatorunun təchizi;
▪️Doldurma sistemi;
▪️İşəsalma sistemi;
▪️İşıqlandırma sistemi;
▪️Alışma sistemi;
▪️Elektrik dövrələr;
▪️Havalandırma sistemi;
▪️Komfort sistemləri.
📌 Təlimlər ənənəvi formatda (emalatxanada) Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində keçiriləcək.
⏰ Təlim müddəti 2 modul üzrə 15 həftə (67 saat) təşkil edir.
🗒️Təlimin keçiriləcəyi günlər: həftə içi 3 gün (I, III, V günlər), 1 saat 30 dəqiqə olmaqla;
✅ Seçilmiş namizədlər təlim ödənişindən azad ediləcəklər.
📜 Təlimi müvəffəqiyyətlə bitirən iştirakçılara sertifikatlar təqdim ediləcək.
📍Müraciətlərinizi 23 aprel, 2021-ci il tarixinədək aşağıdakı keçid vasitəsi ilə göndərə bilərsiniz:
https://docs.google.com/.../1wqlra5Nv91LBpPRdbFmt.../edit...