Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi 2020-2021-ci tədris ili üçün hazırlıq işlərini davam edir. Yeni tədris ilinin başlaması ilə əlaqədar təhsilalanların praktiki biliklərini möhkəmləndirmək məqsədilə mərkəz yeni praktik məşğələlərin, qısamüddətli kursların yaradılması fəaliyyətini davam etdirməkdədir.

Avtomobil ixtisası üzrə təhsilalanlar üçün növbəti akademik il ərzində praktik məşğələlər zamanı Mercedes-Benz istehsalı olan mühərriklərdən istifadə olunacaqdır. Belə ki, Absheron Avtomobil Mərkəzi (Mercedes-Benz) qurulmuş tərəfdaşlıq çərçivəsində Sənaye və İnnovasiyalar üzrə BDPTM-nə Mercedes-Benz markalı yük maşınlarının mühərriklərini ianə etmişdir.

Mərkəzdə yaradılan şərait nəticəsində cari ilin qəbul prosesində avtomobil istiqaməti üzrə təhsil almaq istəyənlərin sayında kəskin artım baş verib. Əlavə olaraq, avtomobil istiqaməti üzrə 2020-2021-ci tədris ilindən başlayaraq yüksək texniki peşə (subbakalavr) dərəcəsi üzrə qəbul elan olunmuşdur.

Mərkəzin ötən 2019-2020-ci tədris ilinin 10 məzunu Abşeron Avtomobil Mərkəzində (Mercedes-Benz) təcrübə proqramında iştirak etmişdir. Təcrübə proqramı çərçivəsində tələbələr mühərrik, rəngləmə, şassi, dəmirçi və elektrik istiqamətləri üzrə şirkətdə yerləşdirilərək praktiki bilik və bacarıqlar əldə etmişdirlər.

Abşeron Avtomobil Mərkəzi (Mercedes-Benz) ilə 2020-2021-ci tədris ili üzrə əməkdaşlığın davam etdirilməsi və avtomobil sahəsi üzrə ortaq qısamüddətli kursların hazırlanması da nəzərdə tutulur.

Mətndə düzəliş təklif et