Fevral ayının 26-da Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində Xocalı faciəsinin 28-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.
Mərkəzin təhsilalanlarına mərkəzin pedaqoji heyəti tərəfindən videoçarxlar nümayiş etdirilib, Xocalı soyqırımının beynəlxalq aləmə tanıdılması ilə bağlı Ümummilli lider Heydər Əliyev hakimiyyətə gəldikdən sonra ciddi addımlar atılmağa başlandığını, 26 fevralın Xocalı soyqırımının ildönümü kimi qeyd olunduğunu və bu həqiqətlərin bütün dünyaya çatdırılması üçün genişmiqyaslı tədbirlər keçirildiyini diqqətə çatdırıb.
Xocalı soyqırımı zamanı həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Məkan Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi
İştirakçılar Mərkəz heyəti və təhsilalanlar, gənclər
Əlaqə telefonu +994 12 582 63 31