Qəbul qaydaları

Təhsil bazana uyğun proqramı, qəbul şərtlərini və müsabiqə meyarlarını öyrən.

9 illik təhsil bazası

Ümumi orta təhsili bitirmisənsə, aşağıdakı təhsil yollarını nəzərdən keçir.

9 illik təhsil bazası
MüddətTəhsil səviyyəsiMəzun olduqda
3 ilTexniki peşə təhsiliTexniki peşə təhsili diplomu və tam orta təhsil haqqında attestat
4 ilYüksək texniki peşə təhsiliSubbakalavr dərəcəsi üzrə diplom və diploma əlavə

3 illik proqramı bitirdikdə həm peşə ixtisası əldə edir, həm də tam orta təhsilini tamamlayırsan.

11 illik təhsil bazası

Tam orta təhsili bitirmisənsə, bu proqramlar üzrə seçim edə bilərsən.

11 illik təhsil bazası
MüddətTəhsil səviyyəsiMəzun olduqda
1 ilTexniki peşə təhsiliTexniki peşə təhsili diplomu
3 ilYüksək texniki peşə təhsiliSubbakalavr dərəcəsi üzrə diplom və diploma əlavə

Müsabiqə necə aparılır?

Elektron ərizədəki məlumatlar yoxlanıldıqdan sonra namizəd müsabiqədə iştirak edir.

  • İlk və texniki peşə təhsili: attestatda göstərilən müvafiq fənlər üzrə qiymətlərin orta balı əsas götürülür.
  • Yüksək texniki peşə təhsili: buraxılış imtahanının nəticələri əsas götürülür.

İxtisas seçməzdən əvvəl

  • 9 illik təhsil bazasından 3 və 4 illik proqramlara yalnız son 3 il ərzində ümumi orta təhsilini bitirmiş şəxslər müraciət edə bilərlər.
  • İxtisasları əvvəlki təhsil bazana uyğun seç.
  • Maksimum 5 ixtisas seçmək mümkündür.
  • Dövlət sifarişli və ödənişli yerləri fərqləndir. Dövlət hesabına pulsuz peşə təhsili almaq hüququ hər səviyyə üzrə yalnız bir dəfə təmin edilir.
Qəbul barədə əlaqə saxla