Çin nümayəndə heyətinin Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinə səfəri baş tutub
Çin nümayəndə heyətinin Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət
Peşə Təhsil Mərkəzinə səfəri baş tutub
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində Çin
nümayəndə heyətinin iştirakı ilə rəsmi görüş keçirilib. Səfərin məqsədi peşə təhsili
sahəsində təcrübə mübadiləsinin aparılması, qarşılıqlı əməkdaşlıq imkanlarının
müzakirəsi və yerli peşə təhsil müəssisələri ilə əlaqələrin daha da inkişaf
etdirilməsi olub.
Nümayəndə heyətinə Şanxay Çin Peşə Təhsili Cəmiyyətinin icraçı sədr müavini
və qrup rəhbəri Xu Vey, ofis müdiri Bi Penyu,
Şanxay Pudonq rayonunun Çin Peşə Təhsili Cəmiyyətinin sədr müavini Çen
Tsyan, Demokratiyanın Təşviqi Assosiasiyasının Şanxay Komitəsinin baş
katib müavini Zenq Rutin və Şanxay Xarici Əlaqələr
Cəmiyyətinin sədr müavini Syon İn daxildir.
Görüş zamanı tərəflər peşə təhsili sahəsində beynəlxalq əməkdaşlığın
genişləndirilməsi, birgə layihələrin icrası, innovativ tədris metodlarının
tətbiqi və müasir peşə bacarıqlarının inkişafı istiqamətində fikir mübadiləsi
aparıblar.
Səfər çərçivəsində nümayəndə heyəti üçün mərkəzdə infotur
təşkil olunub. Qonaqlar mərkəzin struktur bölmələri, tədris sahələri və
emalatxanaları ilə yaxından tanış olublar. Onlara burada tətbiq olunan tədris
metodları, praktik bacarıqların formalaşdırılmasına xidmət edən müasir texniki
avadanlıqlar, həmçinin tələbələrin təcrübə prosesində istifadə etdiyi innovativ
təlim mühiti barədə ətraflı məlumat verilib.
Səfər, Azərbaycan və Çin arasında peşə təhsili sahəsində strateji
əməkdaşlığın möhkəmləndirilməsi, tədris prosesində qabaqcıl beynəlxalq
təcrübələrin tətbiqi və peşə təhsili sisteminin davamlı inkişafına dəstək
baxımından mühüm əhəmiyyət kəsb edir.