Mexatronika üzrə Tələbə Qəbulu – Sənayenin Gələcəyinə Sən Töhfə Ver!
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi 2025–2026-cı tədris ili üzrə Mexatronika ixtisası üzrə tələbə qəbulunu elan edir!
Mexatronika – elektronika, mexanika, avtomatika və kompüter mühəndisliyinin inteqrasiyasıdır. Bu sahədə təhsil almaq sənaye və istehsalat texnologiyalarının kəsişməsində duran gələcək karyera imkanlarının qapılarını açır.
Tədris zamanı siz:
-
Müasir və tam təchiz olunmuş laboratoriyalarda təhsil alacaqsınız
-
İxtisasa uyğun praktiki təlimlərdə iştirak edəcəksiniz
-
Məzun olduqdan sonra sənaye müəssisələrində iş imkanları əldə edəcəksiniz
Əgər sən də peşəkar mexatronika mütəxəssisi olmaq istəyirsənsə, bu fürsəti qaçırma!
📍 Qeydiyyat linki: portal.edu.az
📧 E-poçt: senaye@vet.edu.az
📞 Telefon: (012) 599 88 10
📱 WhatsApp: 070 899 88 10
Gələcəyini peşə ilə qur, sənaye və innovasiya ilə fərqlən!
