“WorldSkills Azerbaijan” Elektronika üzrə milli yarışın qalibləri müəyyənləşdi
17-07-2025
TƏLİM VƏ TƏDRİS
“WorldSkills Azerbaijan” Elektronika üzrə milli yarışın qalibləri məlum oldu!
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində keçirilən yarışda 20 iştirakçı elektron dövrələrin qurulması, quraşdırılmış sistemlərin proqramlaşdırılması, ölçmə və analiz əməliyyatları, lehimin tətbiqi və texniki montaj üzrə bilik və bacarıqlarını real tapşırıqlar üzərində nümayiş etdirdi.
Gərgin və peşəkar mübarizə şəraitində keçən yarışın nəticələrinə əsasən, aşağıdakı iştirakçılar qalib elan olunaraq növbəti mərhələyə vəsiqə qazandılar:
1-ci yer – Orxan Mustafayev
2-ci yer – Fərid Mürşüdlü
3-cü yer – Rüstəm Axundov
Qaliblərimizi səmimi qəlbdən təbrik edir, növbəti mərhələdə onlara uğurlar arzulayırıq!
