Yüksək texniki peşə pilləsi üzrə imtahan sessiyası uğurla başa çatdı
15-07-2025
TƏLİM VƏ TƏDRİS
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində 2024–2025-ci tədris ilinin yüksək texniki peşə təhsil pilləsi üzrə təhsil alan tələbələrinin imtahan sessiyası uğurla yekunlaşıb.
Sessiya müddətində tələbələr nəzəri biliklərini və praktiki bacarıqlarını nümayiş etdirərək müxtəlif fənlər üzrə biliklərini qiymətləndirdilər. İmtahan prosesi şəffaflıq, obyektivlik və mövcud tədris proqramına uyğun olaraq həyata keçirilib.
Bu nəticələr tələbələrin peşəkar inkişafına, gələcək ixtisaslaşmasına və əmək bazarında daha rəqabətqabiliyyətli olmalarına töhfə verəcək.
